Kəfəmi "Misbah" kitabında buyurur: "Müəlla ibn Xüneys İmam Sadiqin(ə) belə buyurduğunu nəql edir: Oxu, Rəcəb ayında bu duanı:"
Duanın Ərəbcə Mətni
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ وَ عَمَلَ الْخَائِفِينَ مِنْكَ وَ يَقِينَ الْعَابِدِينَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِيُّ الْعَظِيمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِيرُ أَنْتَ الْغَنِيُّ الْحَمِيدُ وَ أَنَا الْعَبْدُ الذَّلِيلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِي وَ بِحِلْمِكَ عَلَى جَهْلِي وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِي يَا قَوِيُّ يَا عَزِيزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Transliterasiya (Oxunuşu)
Əllahummə inni əs`əlukə səbrəş şakirinə lək, və əmələl xaifinəi mink, və yəqinəl abi-dinə lək, Əllahummə əntə əliyyul əzim, və ənə əbdukəl baisul fəqiru əntəl ğəniyyil həmid, və ənəl əbduz zəlil, Əllahummə səlli əla Muhəm-mədin və alih, vəmnun biğinakə əla fəqri və bihilmikə əla cəhli, və biquvvətikə əla zə`fi, ya qəviyyu ya əziz, Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail mərziyyin, vəkfini ma əhəmməni min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin.
Azərbaycanca Tərcüməsi
İlahi, Səndən, Sənə şükür edənlərin səbrini, Səndən qorxanların əməlini və ibadət edənlərin yəqinini istəyirəm! İlahi, Sən uca və böyüksən, mən isə Sənin möhtac və yoxsul bəndə, Sən ehtiyacsız və tərifəlayiqsən, mən isə zəlil bəndənəm! İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, ehtiyacsızlığınla yoxsulluğuma, səbrinlə nadanlığıma, qüdrətinlə zəifliyimə minnət qoy, ey qüdrətli, ey izzətli! İlahi, Məhəmməd və onun bəyənilmiş vəsiləsi olan Əhli-beytinə salam yetir, mənim dünya və axirətlə bağlı mühüm işlərimə yetərli ol, ey mehribanların ən mehribanı!
İmam Sadiq (ə) bu duanı Rəcəb ayında oxumağı tövsiyə edib. Dua Allahdan şükür edənlərin səbrini, Allahdan qorxanların əməlini və ibadət edənlərin yəqinini istəməkdən ibarətdir.
Müəllif deyir: Seyid ibn Tavus da bu duanı "İqbalul-əmal" kitabında nəql edib. Onun rəvayətindən belə aydın olur ki, bu dua ən əhatəli dualardan biridir və hər bir zaman oxumaq olar.