Rəcəb ayının 27-ci gecəsi - Peyğəmbərin (s) Risalətə Seçildiyi Gün
Bu gecə Məbəs gecəsi, başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları Məbəs bayramı münasibəti ilə təbrik edirik! Allah təala ibadət və itaətlərinizi qəbul etsin! Bayramınız mübarək!
Bu gecə bir neçə əməli yerinə yetirmək lazımdır. Peyğəmbərin (s) Besəti, yəni onun Allah təala tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir.
Məbəs Gecəsinin Fəziləti
Şeyx özünün "Misbah" kitabında belə yazır: Həzrət İmam Cavad (ə) buyurmuşdur:
"Rəcəb ayında elə bir gecə vardır ki, o, gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27-sidir ki, onun sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən, bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 il əməlin əcrinə bərabərdir".
Həzrətdən soruşdular: Bu gecənin əməli nədir?
"İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rükət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rükət) Namazın rükətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri 'Muhəmməd' surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müəvvəzəteyn (fələq və nas surələri), 7 dəfə 'İxlas', 7 dəfə 'Kafirun', 7 dəfə 'Qədr', 7 dəfə Ayətəl Kürsünü oxuyub sonra aşağıdakı duanı oxu:"
Əlhəmdulilləhil-ləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şəriikun fil mulk və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə inni əsəlukə biməaqidi izzik əla ərkani ərşikə və muntəhər-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalliyə əla Muhəmmədin və alihi və ən təfələ bi mə əntə əhluh.
Məbəs Gününün Əməlləri
Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:
1
Qüsl almaq.
2
Oruc tutmaq.
Bu günün orucu ildə ən savablı dörd gündən biridir. İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.
3
Çoxlu salavat göndərmək.
İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.
4
Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.
5
On iki rükət namaz
(6 iki rikətlik namaz- hər iki rükətin sonunda salam verilir). Hər iki rükətdən bir verilən salamlardan sonra "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə, لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.
Xüsusi Namaz və Dua
Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu duanı oxunulur:
اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى، یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى، اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ، وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun'işu sər'əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.
Namaz və duanı qurtardıqdan sonra: "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.