Həzrət Peyğəmbərdən (s) nəql olunur: "Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni 'Leylətül-Rəğaib' deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."
Leylətul-Rəğaibin Fəziləti
Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
Hz.Peyğəmbər(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə 'arzular gecəsi' deyərlər"
Kim bu namazı qılsa Allah Təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: "Ey mənim həbibim, sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın". Həmin kimsə deyər: "Sən kimsən? And olsun Allaha, mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm". O isə belə deyər: "Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Belə isə xoş hal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq".
Qeyd: Bu namazın qılınma şərtlərindən biri orucdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü) oruc tutulur.
Namazın Qılınma Qaydası
Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır.
Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd") surələri oxunur.
Əhəmiyyətli: Namazdan sonra aşağıdakı zikirlər və dualar oxunur.
Namazdan Sonraki Zikirlər
Sonra: Hacət və istəyinizi Allahdan diləyirsiz.