Rəcəb ayında hər namazdan sonra oxunan duanın mənbəsi, sənədi, oxunuşu və tərcüməsi:
Seyid İbn Tavus, (r.ə) Məhəmməd İbn Zekvandan (r.ə) belə nəql edir: İmam Cəfər Sadiqə (ə.s); "Canım sənə fəda olsun, hazırda Rəcəb ayına girmiş oluruq; Allahın məni faydalandıracağı bir duanı mənə öyrətmənizi istəyirəm." dedim.
İmam (ə), "Yaz" deyə buyurdu: "Bismilləhir-rahmənir-rahim" Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz qıldığın namazların ardından bu duanı oxu.